Polşada saxtada uçqun - 3 nəfər öldü

Polşada, Sileziyadakı şaxtada baş verən zəlzələdən sonra itkin düşmüş hesab edilənlərdən 3-cü mədənçinin ölümü təsdiqləni. Bizimxeber.az bildirir ki, axtarış-xilasetmə əməliyyatı tamamlanıb.

Qəzadan sonra taleyi naməlum qalan şaxtaçıların sonuncusu çərşənbə axşamı gecə saatlarında ölü tapılıb. 

Xatırladırıq ki, hadisə baş verən zaman 15 şaxtaçı işləyib, onlardan dördü çölə çıxmayıb və itkin düşmüş hesab edilib. Onlardan biri xilas edilib, daha sonra digər ikisinin meyiti tapılıb və sonuncunun axtarışları davam etdirilib. 

Bu, 2024-cü ildə bu mədəndə baş verən ikinci ölümcül hadisədir, əvvəlki hadisə aprelin 17-də baş vermiş, oxşar vəziyyət bir şaxtaçının ölümü və səkkizinin yaralanması ilə nəticələnmişdi.