Polşada raket yanacağı zavodunda partlayış oldu

Polşanın Sventokşisk bölgəsindəki “Mesko” silah zavodunda güclü partlayış baş verib.

Bu barədə RMF radiosu məlumat yayıb. 

“Bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində partlayış oldu”, - məlumatda qeyd olunub.

Hadisə yerinə yanğınsöndürən komandası və təci yardım helikopteri göndərilib.  Yerli polis idarəsinin əməkdaşının sözlərinə görə, partlayış nəticəsində zavodun 59 yaşlı əməkdaşı ölüb.