Polşa Rəsinin deyil, XİN rəhbərinin ailəsinə başsağlığı verib

Polşa Xarici İşlər Nazirliyi prezident İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahyanın ailəsinə başsağlığı verib.

Bizimxeber.az bildirir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin X (Twitter) sosial şəbəkəsindəki məlumatında yazılıb.

Maraqlıdır ki, Polşa Xarici İşlər Nazirliyi Rəisinin özünün deyil, xarici işlər nazirinin və prezidenti müşayiət edən nümayəndə heyətinin vəfatı ilə əlaqədar başsağlığı verir.

"Polşa Xarici İşlər Nazirliyi faciəvi helikopter qəzasında həlak olan İran İslam Respublikasının Xarici İşlər Nazirinin ailəsinə, həmçinin prezidenti müşayiət edən bütün nümayəndə heyətinə başsağlığı verir", - mesajda deyilir.

Xatırladaq ki, Avropa Şurasının prezidenti Çarlz Mişel İran prezidentinin və xarici işlər nazirinin vəfatı ilə bağlı “Aİ səmimi başsağlığı verir” deyib.