Polşa Beılarusdan öldürülən əsgərinin qatilini istəyir - Böyük qalmaqal

Polşa höküməti Belarusla sərhəddə bıçaqlanaraq öldürülən əsgəri ilə bağlı geniş tərkibli araşdırma başladıb.

Bizimxeber.az bildirir ki, hadisə barədə yazan Polşanın "Rzeczpospolita" qeyd edir ki, Polşa hüquq-mühafizə orqanları müəyyənləşdirib ki, əsgəri sərhəddə miqrantılardan biri bıçaqlayıb: "Belarus sərhədində polşalı əsgəri ölümcül bıçaqlayan miqrantın fotosu var, şübhəlinin şəxsiyyəti müəyyənləşdirilir". 

Qəzetin qeyd etdiyi kimi, sərhəddə hasara yaxınlaşarkən  agaca bağlanmış bıçaqla yaralanan 21 yaşlı Mateusz Sitekə hücum anı sərhəd xidmətinin kameraları tərəfindən lentə alınıb. Videoda hücumçunun görüntüsü bulanıq olsa da, görünür. Xüsusi emaldan sonra, yəqin ki, şəklin keyfiyyəti yaxşılaşdırıla bilər.

Videonu görən həmsöhbət nəşrə deyib ki, hücum edənin tünd rəngi var, bu o demək olar ki, o, Belarus xidmətinin zabiti deyil, Belarus tərəfində olan miqrantlardan biridir". 

Polşalı sərhədçini bıçaqla vuran təcavüzkar Belarus ərazisinə qaçıb. Sitekin vəfatı iyunun 6-da açıqlanıb. Polşa Xarici İşlər Nazirliyi Belarus tərəfdən qətldə şübhəli bilinən şəxsin  müəyyən edilərək ekstradisiyasını tələb edir.