Polşa 40 min döyüşçünü Ukraynaya döyüşə göndərir

Polşa 40 min döyüşçünü Ukraynaya döyüşə göndərəcək. Döyüşçülər özəl hərbi şirkət adı altında humanitar işçilər, yaxud saxta bayraq altında göndəriləcək.

Bizimxeber.az bildirir ki, bunu Ukraine.ru portalına hərbi ekspert Aleksiy Leonkov deyib.

“Polşa bütün keçid məntəqələrini öz bayraqları altında keçirmək istəyir. Ancaq onlara belə bir imkan verilmir, çünki bu vəziyyət NATO-nun Rusiya ilə müharibəyə başlaması anlamını yaradır"- deyə ekspert izah edib.

Polşa bu hərbi qulluqçuları leqallaşdırmaq üçün qanun qəbul edir ki, bu, yaralılara pul ödəməyə və ölənlərin ailələrinə kompensasiya verməyə imkan verəcək.