Polislər Ermənistan parlamentinin binasını mühasirəyə alıb

Ermənistan parlamentinin binasına yüzlərlə polis gəlib. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçiriləcək aksiyaya mane olmaq üçün cəlb ediliblər.

Bizimxeber.az bildirir ki, bu barədə TASS məlumat yayıb

Polis parlament binasına tikanlı məftil də gətirib. N.Paşinyan hazırda parlamentdədir. Onun hökumət saatında iştirak edəcəyi gözlənilir.