Poliklinikalarda onlayn sistem çöküb? - TƏBİB

Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

Bu barədə TƏBİB-dən verilən açıqlamada bildirilib.

“Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün sağlamlıq haqqında arayışların əldə olunmasına dair tibb müəssisələrinə müraciətlərin sayında kəskin artım müşahidə olunur. Artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub”, - məlumatda deyilib.

Qeyd edək ki, poliklinikalarda onlayn sistemin çökməsi haqqında sosial şəbəkələrədə çoxsaylı şikayətlər yayılıb.