Peskov Putinin şərtindən danışdı: Sabah daha pis olacaq!

Rusiya Prezidenti Vladimir Putinin qeyd etdiyi sülh danışıqlarının şərtləri ilə bağlı vaxt məhdudiyyəti yoxdur, lakin cəbhədəki şərtlər sürətlə dəyişir.

Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. 

“Cəbhədəki vəziyyət dinamik şəkildə dəyişir və elə bir məqam gələcək və o, yenidən elə dəyişəcək ki, Kiyev rejimi üçün bu, onun mövqeyinin daha bir pisləşməsi deməkdir”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Putin Ukraynanın Donbas və “Novorossiya”dan qoşunlarını çıxarmağa başlayan və NATO-ya qoşulmamaq öhdəliyini götürən kimi Rusiyanın atəşi dayandıracağı və danışıqlara hazır olacağını bildirib.