Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"

"Ermənistanın Baş naziri (Nikol Paşinyan - red.) dar tərkibdə çıxış edərək KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib”. 

Bizimxeber.az bildirir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. 

"Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.