Peskov -" Qərb şirkətlərinin əksəriyyəti Rusiyanı tərk etməyib"

Qərb şirkətlərinin əksəriyyəti Rusiyanı tərk etməyib.

Bizimxeber.az bildirir kiI bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Onlar vəsaitlərin köçürülməsində kifayət qədər mühüm funksiyaları yerinə yetirirlər. Bu, təkcə bizim bu bankların müştərilərinin deyil, həm də xaricilərin maraqlarına uyğundur”, - Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, “Rusiya iqtisadiyyatında hələ də çoxlu Qərb biznesi fəaliyyət göstərir”.

“Onlar burada işləməyə davam edirlər. Onların burada böyük, çox milyard dollarlıq investisiyaları var. Əksər şirkətlər getməyib, bu bazarda işləməkdə davam edirlər”, - deyə o vurğulayıb.