Pentaqonun rəhbəri Lloyd Ostin sabah işə qayıdacaq

Sidik kisəsi ilə bağlı problemlərə görə xəstəxanaya yerləşdirilən Pentaqonun rəhbəri Lloyd Ostin sabahdan  öz vəzifəsinə qayıda biləcək.

Bizimxeber.az bildirir ki, bu barədə Ostinin qaldığı Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzinin dərc etdiyi bəyanatında deyilir.

Xəstəxananın həkimləri qeyd ediblər ki, ABŞ müdafiə naziri sidik kisəsi problemini həll etmək üçün ümumi anesteziya altında qeyri-cərrahi prosedurlardan keçib.

"Uğurlu sağalma gözləyirik və gecə boyu onun yaxından izlənəcəyik. Xəstəxanada uzun müddət qalması gözlənilmir. Nazirin sabah öz vəzifəsinə qayıda biləcəyini gözləyirik", - deyə məlumatda bildirilir. 

O, vəzifələrini müavini Ketlin Hiksə təhvil verib.