Pentaqonun rəhbəri Kiyevə gəldi

ABŞ-ın müdafiə naziri Lloyd Ostin elan olunmamış səfərlə Kiyevə gəlib.

Bizmxeber.az bildirir ki, o, bu barədə X (Twitter) səhifəsində məlumat verib.

Ostin Kiyevdə ABŞ səfiri Bridget Brink ilə görüşüb.“Mən dördüncü dəfədir ki, Ukraynaya müdafiə naziri kimi gəlirəm və ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynanı dəstəkləməyə davam edir”, o yazıb. 

Ostin Kiyevdə prezident Vladimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə Ukraynanın silah ehtiyaclarını və ABŞ-ın gələn il ərzində Ukrayna Müdafiə Qüvvələrinə dəstəyi necə davam etdirə biləcəyini müzakirə etmək üçün Kiyevdə görüşməyi planlaşdırır.