Pentaqon Kiyevə yardımla bağlı 50-dən çox cinayət işi açıb - Bloomberg

Kiyevə Amerika silahlarının çatdırılması, o cümlədən podratçıların iştirakı ilə öyrənildikdən sonra 50-dən çox cinayət işi açılıb.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin baş müfəttişi Robert Storç deyib.

Bloomberg-in məlumatına görə , bu hallar hazırda müxtəlif mərhələlərdədir.

Qeyd olunur ki, gələcəkdə onlardan bəzilərinin məhkəmə qarşısına çıxarılacağı istisna olunsa da, indiyədək Pentaqon bir dənə də olsun ittihamı təsdiqləməyib. Sentyabrda Pentaqonun Kiyevə göndərilən avadanlıqların qiymətini şişirtdikdən sonra audit aparacağı bildirilmişdi .