Penqaton generalından ŞOK açıqlama - ABŞ Rusiyaya "sarsıdıcı zərbə” vuracaq

ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces xəbərdarlıq edib.

Bizimxeber.az bildirir ki, general Daily Mail qəzetinə müsahibəsində bildirib ki, Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, Birləşmiş Ştatlar Rusiya Federasiyasına “sarsıdıcı zərbə” vuracaq.

2014-2018-ci illər arasında Avropadakı ABŞ qüvvələrinə komandanlıq edən Hodges hesab edir ki, ABŞ-ın cavabı “nüvə olmaya bilər”, lakin Ukraynada nüvə silahı istifadə edilərsə, ABŞ “Qara dəniz donanmasını məhv etməyə və ya  Krımdakı Rusiya bazalarını məhv etməyə cəhd edə bilər.  Bununla belə, o, Rusiya prezidenti Vladimir Putinin belə bir əmr verməsini “çox çətin” hesab edib.

BU arada ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən  77- ci sessiyasında çıxışı zamanı Rusiyanın guya Avropaya nüvə təhdidləri etdiyini, nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq müqavilələri pozduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ Şimali Atlantika Alyansı ölkələrinin ərazisinə Rusiyanın potensial hücumunun qarşısını almaq üçün müttəfiqləri ilə işləyir. O, həmçinin Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı bəyanatını nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərə etinasızlıq adlandırıb.