Pedro Sançesin istefasını tələb etdilər

İspaniyanın sağçı müxalifəti müttəfiqinə qarşı irəli sürülən korrupsiya ittihamlarına görə baş nazir Pedro Sançesin istefasını tələb edir.

Bizimxeber.az bildirir ki, bu barədə  AFP məlumat verib.

Mühafizəkar Xalq Partiyası Sançesin nümayəndəsi olduğu Sosialist Partiyasına qarşı şikayət edəcəyini açıqlayıb.

Xalq Partiyasının baş katibi Cuca Qamarra mətbuat konfransında "Pedro Sançesdən istefa verməsini xahiş edirik, o, daha bir dəqiqə də İspaniya hökumətinin başında qala bilməz" dedi.

Qamarranın sözlərinə görə, “aşkarlanan təfərrüatlar” “Pedro Sançesin rəhbərlik etdiyi sistemli korrupsiyanı” göstərir.