"Paşinyana istefa" aksiyası davam edir - Küçələr zibil qutuları ilə bağlanıb

“Vətən uğrunda Tavuş” etiraz hərəkatının iştirakçıları İrəvanın müxtəlif yerlərində mitinqləri davam etdirirlər.

Bizimxeber.az "Sputnik Ermənistan"a istinadən bildirir ki, etirazçılar Vardanants və Nalbandyan küçələrini zibil qutuları ilə bağlayıblar.

Aksiya barədə bir gün əvvəl hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan məlumat verib. Onun sözlərinə görə, hərəkat üçün ən vacib gün 12 iyun olacaq. O, vətəndaşları bu gün Baqramyan prospektində, Ermənistan parlamentinin yanında toplaşmağa çağırıb.