"Paşinyan belə söz deməyib" - Mirzoyan

"Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Rusiya Federasiyasının nəzarətində, faktiki hərbi alyans olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasından danışmayıb".

Bizimxeber.az bildirir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

XİN rəhbərinin sözlərinə görə, əgər kimsə iddia edirsə ki, baş nazir Ermənistanın KTMT-dən çıxdığını deyib, “o zamani yanılır": "O dedi ki, nə vaxt ayrılacağımıza qərar verəcəyik, amma geri qayıtmayacağıq".