Paşinyan Bakıya gələcək? - Açıqlama

“Ermənistanın Baş naziri Nikol Paşinyanın gündəliyində Bakıya səfər planlaşdırılmayıb”.

Bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.

Baqdasaryan bununla da Paşinyanın noyabrda Bakıda keçiriləcək COP29 sammitində iştirakı ilə bağlı son dövrlər yayılan məlumatları təkzib edib.