Parlament Prezidentə müraciət etdi - Yenilənib

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib. 

Gündəliyə daha bir məsələ əlavə edilib. Bu, Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədədir.

***

Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciəti YAP İdarə Heyətinin üzvü, deputat Hikmət Məmmədov (Babaoğlu) oxuyub. Hazırda məsələ müzakirə olunur.

***

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb. 

Bu barədə spiker Sahibə Qafarova bugünkü çıxışı zamanı deyib.  Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.

Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub. Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.