Parisdə dəvə paradı keçiriləcək

Parisin Bois de Vincennes bölgəsində Beynəlxalq Dəvə İli ilə əlaqədar dəvə paradı keçiriləcək.

Bizimxeber.az bildirir ki, burada təxminən 50 heyvan iştirak edəcək.

Bu barədə Figaro qəzeti yazır. Bundan əvvəl BMT 2024-cü ili Beynəlxalq Dəvə İli elan edib. 

Qəzet xəbər verir ki, tədbiri üç baytar həkimi, mülki təhlükəsizlik təcili yardımı, iki heyvan xilasetmə maşını və təmizləyici də daxil olmaqla 80 nəfər təmin edəcək.

İlkin olaraq 34 ölkədən nümayəndə heyətinin iştirak edəcəyi qeyri-adi parad Eyfel qülləsi yaxınlığındakı Champs de Marsdan başlayıb.