Paris küçələri zibilliyə döndü - FOTO

Paris küçələri zibilliyə dönüb. Çünki tullantıların yığılmasını təmin edən işçilər pensiya islahatlarına qarşı ümumi etirazlar çərçivəsində bir həftədir tətil edirlər.

Bizimxeber.az bildirir ki, bu barədə Fransa KİV-ləri məlumat yazıb.

Meriyanın məlumatına görə, şəhərin küçələrində 5600 tona yaxın tullantı yığılıb. Zibil toplama xidməti 9-cu gündür tətil edir, meriya onların etiraz hüququnu dəstəkləyir və hökumət bundan hiddətlənib.

Torpaqların siçovulları özünə cəlb etməsi ilə bağlı qoxu və qorxu səbəbindən artıq zibil qalıqları böyük problemə çevrilir ki, bu da tətilin davam edəcəyi təqdirdə tezliklə sanitar vəziyyətin pisləşməsinə gətirib çıxaracaq.