Papa XVI Benediktin son sözləri açıqlandı

Papa XVI Benediktin son sözləri Allaha sevgi bəyanı olub. 

Bizimxeber.az bildirir ki, bu barədə "Washington Post" yazıb. 

Keçmiş papanın şəxsi köməkçisi arxiyepiskop Georg Gänswein deyib ki, 31 dekabr şənbə günü səhər saat üçdə "zəif səslə, lakin çox aydın şəkildə italyan dilində deyib: "Ya Rəbb, mən səni sevirəm ". Bir neçə saatdan sonra katolik kilsəsinin keçmiş rəhbəri vəfat etdi.

XVI Benedikt (dünyada - Cozef Alois Ratzinger) 19 aprel 2005-ci ildən 28 fevral 2013-cü ilə qədər tarixdə 265-ci Papa olub. O , dekabrın 31-də səhər saatlarında 95 yaşında vəfat edib. 2013-cü ildə vəzifəsini tərk etdikdən sonra pontifik Vatikandakı Mater Ecclesiae ("Kilsənin Anası") monastırında məskunlaşdı ."