Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. 

Dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət aparan polis əməkdaşının müdaxiləsi ilə qızı xilas etmək mümkün olub.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Araşdırma zamanı həyatına qəsd edən qızın Xaçmaz rayon sakini 2003-cü il təvəllüdlü S.Rüstəmova olması müəyyənləşib.

Hadisə ilə bağlı araşdırma aparılır.