Orbanın sonu göründü - Magyar Aİ ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi

Macarıstanın baş naziri Viktor Orbanın tənqidçisi və rəqibi Peter Magyar "Hörmət və Azadlıq" partiyasını qeydiyyatdan keçirib.

Bizimxeber.az bildirir ki, partiya iyunda keçiriləcək Avropa Parlamenti seçkilərində iştirak edəcək.

İctimai rəy sorğuları göstərir ki, Magyarın yeni "Hörmət və Azadlıq" partiyası təxminən 13% səs toplaya bilər. 

Partiya gələn həftə ölkə üzrə kampaniya turuna başlayır.

Keçən həftə keçirilən mitinqdə o, tamaşaçılarına Macarıstanda demokratiyanı bərpa etmək istədiyini açıqlayıb. O, səhiyyə və təhsil sistemlərində islahatların aparılmasının tərəfdarı olduğunu bildirib və əmin edib ki, Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Magyar fevral ayında hökuməti geniş yayılmış korrupsiyada və mərkəzləşdirilmiş təbliğat maşını idarə etməkdə ittiham edərkən Macarıstan siyasi səhnəsinə çıxıb. 

Martın sonlarında Magyar, keçmiş həyat yoldaşı və Macarıstanın keçmiş ədliyyə naziri Judith Varga ilə söhbətin səs yazısını yayımladı və orada Orbanın köməkçilərinin korrupsiya işinə müdaxilə etmək cəhdini qeyd edib.

Prokurorlar tərəfindən araşdırılan ifşa Macarıstanda kütləvi etirazlara səbəb olub və artıq prezident Katalin Novakın istefası ilə nəticələnən “pedofil qalmaqalından” əziyyət çəkən Orban hökumətinə ciddi təsir göstərib, kölgə salıb.