Orban Ukrayna ilə bağlı qərarlara mane ola bilməyəcək

Budapeşt iyulda keçiriləcək sammitdə alyansın Ukraynaya yardımla bağlı qərarlarına mane olmayacaq.

Bizimxeber.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O deyib ki, bu barədə Macarıstanın baş naziri Viktor Orbanla razılaşıblar. 

“Biz razılaşdıq ki, Macarıstan digər müttəfiqlərin Ukraynaya uzunmüddətli yardımla bağlı qərarlarına mane olmayacaq... Amma eyni zamanda, Macarıstan bunun bir hissəsi də olmayacaq”. 

Stoltenberq vurğulayıb ki, Macarıstanın baş naziri Viktor Orban ölkənin bu səylərdə iştirak etməyəcəyini açıq şəkildə bildirib.

Bizimxeber.az