Orban öz seçimini etdi - Zelenskinin "qələbə planını" yenə dəstəkləmədi

"Vladimir Zelenskinin “qələbə planı”nı dəstəkləmirik, çünki bu, Macarıstan üçün faydalı deyil".

Bizimxeber.az bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban açıqlayıb.

Orban bildirib ki, Vladimir Zelenskinin “qələbə planı”nın təqdimatını dinləyəndə şoka düşüb, bundan sonra planın indiyə qədər nə olduğu sualı yaranıb."Əgər onlar indi qələbə üçün bir plana keçirlərsə, indiyə qədər olan məğlubiyyət planı varmı?".

"Biz indiyədək müharibədə iştirak etməmişik və indi də iştirak etməyəcəyik. Siz bu planla qalib gələ bilməzsiniz", - Viktor Orban bildirib.