Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri ən yüksək beynəlxalq standartlara uyğun keçirilməsə və ya əhali Avropaya inteqrasiyanın əleyhinə səs verərsə, Avropa İttifaqı vizasız rejimin və maliyyə yardımının dayandırılması da daxil olmaqla tədbirlər görəcək.
Bizimxeber.az bildirir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski jurnalistlərə açıqlamasında deyib.
“Avropa İttifaqı çox açıq şəkildə bildirib ki, Gürcüstanın yüksək rütbəli hökumət rəsmilərinin qərarları və hərəkətləri Gürcüstan və Avropa İttifaqı arasında münasibətləri belə aşağı həddə çatdırıb”, - Gerçinski bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanda seçkiləri gözləyir və seçkilərin necə keçəcəyini izləyəcək.
“Ümid edirik ki, onlar ən yüksək beynəlxalq standartlara uyğun keçiriləcək”, - deyə Gerçinski bildirib. O, variantlardan biri kimi Avropa İttifaqının 2017-ci ilin martından Gürcüstana təqdim etdiyi vizasız rejimin dayandırılmasını adlandırıb.
Eyni zamanda o, Avropa İttifaqının adi Gürcüstan vətəndaşlarının cəzalandırılmasını istəmədiyini vurğulayıb. "Heç kim adi vətəndaşları cəzalandırmaq istəmir, lakin biz hakimiyyətin hərəkətləri və bəyanatları əsasında hərəkət etməliyik" dedi Gerçinski.
Onun sözlərinə görə, Gürcüstan Avropa yardımı üçün artıq 121 milyon dollar itirib, lakin bu, yalnız cari hökumət yardım proqramlarına aiddir. "Gürcüstan hökumətinin trayektoriyası dəyişməsə, Gürcüstan daha çox itirəcək. Əgər siz gürcülər öz səslərinizlə Avropa İttifaqına doğru getməyə davam etməməyə qərar versəniz, Gürcüstan üzvlük üçün gedən bütün maliyyə yardımlarını itirəcək. Gürcüstan isə yeni ölkələrin - Avropa İttifaqının üzvləri, iqtisadi inkişafı aşağı olan ölkələrin alacağı bütün pulları itirəcək”, - Gerçinski bildirib.