Orban: "ABŞ Ukraynada atəşkəsə başlamalıdır"

"Amerika hakimiyyəti Ukraynada dərhal atəşkəs üçün tədbirlər görməlidir".

Bizimxeber.az bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Welt xəbər verir ki, o, bu barədə Funke media qrupuna müsahibəsində danışıb. "ABŞ prezidenti Kainatda Kiyev və Moskvaya iki həlledici zəng edə bilən yeganə şəxsdir" - deyə Orban bildirib.

Macarıstanın baş naziri hesab edir ki, bu cür hərəkətləri ABŞ-ın keçmiş rəhbəri Donald Tramp da edə bilərdi.  Orban qeyd edib ki, o, münaqişənin mümkün qədər tez bitməsini istəyir, lakin onu Moskva və Kiyevin məqsədləri maraqlandırmır.

Qeyd edək ki, qərb mətbuatı Orbanın bu açıqlamasını Rusiyanın sifarişi kimi qiymətləndirib. Qeyd olunur ki, Orbanın dedikləri Putinin istəyidir.