“Oğlum orada şirniyyat satır”

Xalq artisti, biznesmen Emin Ağalarov Rusiyanın “Hello!” nəşrinə müsahibə verib. O, müsahibəsində övladlarından da danışıb. 

Ağalarov 13 yaşlı oğlu Mikayılın biznesə marağı olduğunu deyib: “Onun “Sea Breeze” ərazisində kiçik konfet mağazası var. Mika orada şirniyyat satır və məndən daim hesabat tələb edir: “Ata, bir ayda nə qədər pul qazandım? Maaş nə qədərdir?” Maraqlanır ki, binanı tikmək neçəyə başa gəlir? Biznes proseslərini dərk etməyə çalışır”.

Xalq artisti digər övladları haqda bunları deyib: “Əli mahnılar yazdırmağa davam edir. Tezliklə, ola bilsin, albom buraxacağıq. Bu yaxınlarda gitarada ifa etməyə başlayıb.

Bu məşğuliyyət ona çox zövq verir. Bütün uşaqlarım idmanla məşğuldur: oğlanlar fubol və cüdo, Əminə karate, Afina baletlə. Ümumilikdə, məktəb, idman, tərbiyə - uşaq rejimi belədir”.