ABŞ prezidenti Co Baydenin Nümayəndələr Palatasının spikeri seçilərkən yaranan çətinliklərə reaksiya bildirib. Bizimxeber.az Ağ Evin saytına istinadən bildirir ki, o, baş verənləri anlayışla qarşılayır.
“Burada çox diqqətli olmalısan ki, qarışma, ad çəkmə, qoy bu proses davam etsin. Prezident bunu başa düşür.
ABŞ qanunvericiləri yeni Konqresdə spiker seçimi ilə bağlı müstəqil qərar verməlidirlər.
Bundan əvvəl məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatası ikinci cəhddə spiker seçə bilməyib və yeni səsvermə keçirəcək. Yarışın favoriti Respublikaçı Kevin MakKarti yenə qalib gəlmək üçün lazım olan 218 səsdən geri qaldı.
Sonuncu dəfə səsvermənin birinci turunda spiker 1923-cü ildə seçilə bilməyib, ABŞ tarixində ümumilikdə 14 dəfə.