ABŞ Nümayəndələr Palatası İranın genişmiqyaslı hücumuna cavab olaraq İsrailə hərbi yardıma səs verməyə yenidən cəhd edəcək.
Bziimxeber.az bildirir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.
"Hazırda bu paketin təfərrüatları hazırlanır. Biz variantları və bütün əlavə məsələləri nəzərdən keçiririk", - deyə, o əlavə edib.
Sərt mühafizəkarlar Consonu İsrailə hər hansı yardım paketinə Ukraynanın maliyyələşdirilməsini daxil etməmək barədə xəbərdarlıq ediblər.
"Konqres açıq şəkildə bəyan etməlidir: İran və ya İsrailin heç bir hərəkəti Senatın Ukraynaya yardım paketi ilə bağlı səsvermə üçün əsas olmamalıdır", - Respublikaçılar Partiyasının nümayəndəsi Warren Davidson sosial şəbəkələrdə yazıb.