Növbəti delimitasiya harada baş tutacaq?

Ermənistan və Azərbaycan hələlik Tavuşdan sonra sərhədin delimitasiyasının növbəti mərhələsinin hansı ərazidə aparılacağını müzakirə etməyiblər.

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Növbəti bölmə ilə bağlı hələlik heç bir müzakirə aparılmayıb. Biz sərhədin artıq tamamlanmış hissələrinə qayıtmamaq barədə razılığa gəldik, çünki iş mürəkkəbdir və xaos yarana bilər”.