Norveçdə təyyarə qəzaya uğradı - Pilot xilas edildi

Norveçin cənubunda, Uppdal şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayaraq alovlanıb, pilot hadisə şahidləri tərəfindən xilas edilib.

Bizimxeber.az bildirir ki, hadisı Uppdal hava limanı yaxınlığında baş verib. 

Hadisənin şahidi yerli fermer deyib ki, təyyarə sanki məcburi eniş etmək istəyirmiş kimi iki dövrə vurub və ikinci anda idarəetmədən çıxaraq yerə çırpılıb. Onlar pilotu götürüb təhlükəsiz məsafəyə çəkə biliblər.