Nobel Sülh Mükafatını ona verdilər

Osloda Nobel Sülh Mükafatı təqdim olunub.

Bizimxeber.az bildirir ki, mərasim meriyada baş tutub, lakin laureat orada olmayıb.

2023-cü il Sülh Mükafatı iranlı fəal və insan haqları müdafiəçisi Nargis Məhəmmədiyə qadınlara zülmə qarşı, hamı üçün hüquq və azadlıqlar uğrunda apardığı fəaliyyətə görə verilib.

Məhəmmədi hazırda İran həbsxanasında cəza çəkir. 

Əvəzində uşaqlar Əli və Kiana Rəhmani diplom və qızıl medal alıblar. Nərgizin yazdığı Nobel mühazirəsini də oxuyublar.