Netanyahu İsrailin müdafiə nazirini vəzifədən azad etdi


İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantı istefaya göndərib.

Bizimxeber.az bildirir ki, o, buna səbəb kimi İsrailin davam edən hərbi əməliyyatlarının idarə olunmasına görə ona etibar etmədiyini açıqlayıb.

Netanyahunun ofisinin bəyanatında deyilir ki, Netanyahu xarici işlər naziri İsrail Katzı Gallantın yerinə müdafiə naziri, Gideon Saar isə yeni xarici işlər naziri təyin edib.