Nəsimidə səyyar qəbullar və görüşlər keçirildi - Fotolar

Nəsimi rayonunda cari iliin may ayında RİH başçısı Asif Əsgərov tərəfindən 1, 2, 3 nömrəli sahə inzibati ərazi dairələri üzrə səyyar qəbul və yerlərdə çoxsaylı görüşlər keçirilib.

“Bizimxeber” xəbər verir ki, keçirilən 4 səyyar qəbul və görüşlərdə 800-dən çox sakinin iştirakı ilə 60-dan çox qədər müraciət dinlənilib.

Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olub.

Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.