Nensi Pelosinin təyyarəsi radardan itdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turnesinə çıxıb.

Lakin bir müddət sonra təyyarə radarlardan itib.

“Flightradar24” qeyd edir ki, bunun səbəbi təyyarənin “ya əhatə dairəsindən kənarda olması, ya da artıq eniş etməsidir”.

Bildirilib ki, Pelosinin Tayvana səfəri Çin və ABŞ arasında ciddi gərginliyə səbəb ola bilər. Çin isə həmin təyyarənin Tayvana enəcəyi təqdirdə vurmaqla hədələyir.