“Nensi Pelosi yenidən Nümayəndələr Palatasına seçilib” - KİV

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kaliforniya ştatında təkrar seçkilərdə qalib gəlib. Bu haqda CNN məlumat yayıb. Məlumatına görə, o, 82% səslə respublikaçı rəqibi Con Dennisi qabaqlayır. 

Lakin Respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazansa, spiker partiyanın nümayəndələri arasından təyin ediləcək. CNN-in onlayn seçki nəticələri tablosuna əsasən, respublikaçılar seçkilərdə öndədirlər (193 Respublikaçı namizəd, 170 demokrata qarşı). 

Qeyd edək ki, Nensi Pelosi 1987-ci ildən Nümayəndələr Palatasının üzvüdür. O, 2019-cu ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədridir.