Nensi Pelosi Tayvandadır - Foto

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvana enib.  “Flight Radar 24” xəbər verir ki, onun təyyarəsini ABŞ qırıcıları müşayiət edib.

***

Tayvanın paytaxtı Taybeyin Sunşan hava limanında ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosini qarşılama mərasimi keçirilib. Məlumata görə, 82 yaşlı siyasətçini Tayvan rəsmiləri qarşılayıb.