Nazirliyin 9 milyon manatlıq geyim tenderini udan şirkət kimindir?

DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi müxtəlif geyimlərin alınması üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.

Bizimxeber.az bildirir ki, 9 355 879 manatlıq tenderin qalibi "Elmanado" MMC-dir.

Qeyd edək ki, tenderlər sıravi furajkası, yay və qış səhra papaqları, qalustuk poliver, isti qış gödəkçələri, qış səhar gödəkçələri, kostyum (PPX -YPX - ÇPA), yay şalvarı (YPX-PPX-ÇPX), yay örtüyü, plaş örtük, qısaqol mayka, səhra kostyumu, səhra maykası, qısaqol və uzunqol köynəklər alınacaq.

Xatırladaq ki, Elmanado MMC bundan əvvəl DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsinin gündəlik və idman ayaqqabıları, qış çəkməsi, şalvar qayışı və xüsusi kəmərlərin alınması üzrə 3 220 678 manatlıq tenderini qazanıb.