Nazir müavini Danimarkaya buraxmadılar - Geri qaytarıldı

Rusiya Səhiyyə nazirinin müavini Oleq Salaqai Danimarkada Ümumdünya Səhiyyə Təşkilatının konfransına gedərkən Kopenhagen hava limanında geri qaytarılıb.

Bizimxeber.az bildirir ki, bu barədə“Politico” yazır.

"Dövlət katibi, səhiyyə nazirinin müavini A.Salaqay bu tədbirdə iştirak etməli idi. Lakin Kastrup hava limanında onun Danimarkaya buraxılmasına icazə verilmədi", - Rusiyanın Danimarkadakı səfirliyindən bildiriblər.

Hadisəni pisləyən səfirlik Danimarka rəsmilərindən üzr istəməsini tələb edib. Yerli KİV-in məlumatına görə, Danimarka Xarici İşlər Nazirliyi araşdırma aparır.

Xatırladaq ki, sentyabrın 1-də Danimarka Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Barbinə məlumat vermişdi ki, Kopenhagendəki səfirliyin əməkdaşları   Danimarkanın Moskvadakı səfirliyinin əməkdaşlarına uyğun səviyyəyə - 5 diplomat və 20 inzibati və inzibati işçiyə qədər azaldılmalıdır.