Nazir Emin Əmrullayevin yaxın adamı vətəndaşlara hədə-qorxu gəlir

Laçın rayon Badamdar orta məktəbin direktoru  Piyalə Xudayarova ilə bağlı müraciət..

Azərbaycan  Respublikası  Elm və Təhsil Nazirliyi  Şərqi Zəngəzur Regional Təhsil İdarəsi  Laçın rayon Badamdar ümumi orta məktəbinin direktoru Piyalə Zülfüqar qızı  Xudayarovanın əməlləri barədə

Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsi, 159 saylı fərdi evdə daimi yaşayan, Zahirov Nadir Şərif oğlu (Ş/v Seriya № AA2036951, FİN: 5ZQTDKQ) və Zahirova Zəminə Ağadadaş qızı (Ş/v Seriya № AA2145284 ) tərəfindən  redaksiyamıza  şikyət ərizəsi daxil olub.

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova,

Azərbaycan Respublikası Prezidentinin Köməkçisi cənab Anar Ələkbərova,

Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət nüşaviri  cənab Kamran Əliyevə,

Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə,

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə,

Milli Məclisin Laçın dairəsi üzrə deputatı cənab Mahir  Abbaszadəyə

                            ŞİKAYƏT ƏRİZƏSİ

Cənablar !

Bildiririk ki, 2011-ci ildən daimi yaşadığımız fərdi evin arxasında “gecəqondu” kimi tələm-tələsik, dövlət nəzarətindən kənar, həm də  təhlükəli  uçurumda tikilən Laçın  məcburi  köçkünlər  məktəbi  yerləşir. Bu məktəbin direktoru Xudayarova Piyalə  Zülfüqar qızı  ilk əvvəl  XAHİŞ  etdi ki, məktəbə gediş-gəliş üçün bizim həyətimizdən keçid üçün 1 qapı enində  yol verək.

Biz ona bu şəraiti yaratdıq. Üstündən xeyli  zaman keçdikdən sonra, hazırda bu xanım özbaşınalıq edir, hətta bizə HƏDƏ-QORXU gəlir.

Yəni  bir vaxt bizdən  XAHİŞ  edən adam, indi bizimlə HƏDƏ-QORXU dilində  danışır.

Biz əvvəl  düşünürdük ki, bu hədə-qorxu yəqin adicə sözdür. Amma sonra   14.09.2023-cü il tarixdə bu xanımın bilavasitə iştirakı və nəzarəti ilə məhəlləmizdə bizə məxsus hasar  (qonşu Vüqara məxsus divarlar ) özbaşına sökülmüşdür. Artıq bu hərəkətdən sonra, biz hesab edirik ki, Piyalə Xudayarovanın bizə gəldiyi hədə-qorxu realdır. Piyalə Xudayarova bizə hədə-qorxu gəlirdi ki, evlərimizi sökdürəcək. Torpaq sahələrimizi (əmlaklarımızı) əlimizdən alıb öz adına keçirəcək. İndi də biz tam başa düşdük ki, hədə-qorxu realdır. Çünki bu xanım özbaşına, şəxsən nəzarət etməklə (video görüntü var) həyətimizdə bizə və qonşuya məxsus hasarı sökdürüb. Söküntü bu xanımın nəzarəti altında həyata keçirilmişdir

Əraziyə 10 KV 141 dövlət qeydiyyat nömrə nişanlı maşınla adamlar gələrək, ərazidə bu özbaşınalığı icra ediblər. Deməli Piyalə Xudayarovanın hədə-qorxusu realdır. Məcburi köçkün  məktəbinin direktoru olan bu xanım əmlakımıza ziyan vurmuş və əmlakımızı əlimizdən almaqla bizi hədələyir.

Piyalə  Xudayarova  bütün hərəkətlərini isə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adı ilə əlaqələndirir.

Nəzərinizə çatdırırıq ki, Laçın məcburi  köçkün  məktəbinin inşa olunduğu yer təhlükə mənbəyidir. Burada uşaqların həyatı tam təhlükə altındadır. Belə ki, məktəb uçurumun kənarında yerləşir. Məktəbin direktoru kanalzasiya quyusundan çıxan çirkab suları bizim həyətimizə axıdır. Bilərəkdən ekoloji pozuntulara yol verir. Həm məktəbdə təhsil alan şagirdlərin, həm də ərazidə yaşayan sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Bizim həyətin və yolumuzun bərbad vəziyyətə gəlməsinə səbəb olan bu şəxs bizi hədələməkdən çəkinmir. Hətta əmlaklarımızı əlimizdən almaqla bizi təhdid edir.

Odur ki, yuxarıda yazdıqlarımızı nəzərə alaraq məktəb direktoru Piyalə Xudayarovanın qanunsuz əməlləri ilə  bağlı  tədbir  görülməsi  üçün  göstəriş verməyinizi Sizdən  xahiş edirik.

Məlumat üçün bildiririk ki, 13.09.2023-cü il tarixdə “102” xidmətinə müraciət etməyimizə baxmayaraq, eyni hərəkətlər davam etdirilməkdədir. /Nuh.az/

İmzalar:

1.Zahirov Nadir Şərif oğlu 
2.Zahirova Zəminə Ağadadaş qızı