"Müstəntiqlər Alekseyin vəkillərinə və anasına meyiti təhvil verməyəcəklərini bildiriblər. Daha 14 gün ərzində onun üzərində müəyyən “kimyəvi ekspertiza” aparılacaq”.
Bizimxeber.az bildirir ki, bunu Aleksey Navalnının mətbuat katibi Kira Yarmış deyib.
Bundan əvvəl İstintaq Komitəsi Navalnının anasına və vəkillərinə siyasətçinin ölümü ilə bağlı istintaqın uzadıldığı barədə məlumat verib .
Bundan əlavə, onları siyasətçinin cəsədinin yerləşə biləcəyi meyitxanaya buraxmayıblar. Navalnının cəsədinin orada olub-olmadığını soruşduqda işçilər cavab verməyiblər.