Aleksey Navalnının anası Lyudmila Navalnaya oğlunun cəsədinin təhvil verilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Videogörüntülər siyasətçinin öldüyü Yamal-Nenets Muxtar Dairəsindəki koloniyanın yaxınlığında qeydə alınıb "Navalnıy LIVE" kanalında yayımlanıb.
“Beşinci gündür ki, onu görə bilmirəm, cəsədini mənə vermirlər və onun harada olduğunu da demirlər. Sizə müraciət edirəm, Vladimir Putin, məsələnin həlli yalnız sizdən asılıdır. Nəhayət oğlumu görməyə icazə verin. Mən Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insancasına dəfn edə bilim.
Lyudmila Navalnaya da Putinə yazılı müraciət göndərərək oğlunun meyitinin ona qaytarılmasını tələb edib. Bundan əlavə, Salekhard məhkəməsində İstintaq Komitəsinin hərəkətsizliyi ilə bağlı iddia qaldırılıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov bildirib.
Təxminən 70 min rusiyalı İstintaq Komitəsinə məktub yazaraq Aleksey Navalnının cəsədinin ailəsinə qaytarılmasını tələb edib.