NATO Ukraynanın Rusiyaya hücumunu qanuni hesab edir

"Ukraynanın Rusiya ərazisinə mümkün hücumlarının yolverilməzliyi ilə bağlı NATO-nun mövqeyi dəyişməzdir, çünki Kiyev özünü müdafiə etmək hüququna malikdir".

Bizimxeber.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib .

Şimali Atlantika Alyansının rəhbəri qeyd edib ki, Ukraynaya dəstək lazım olduğu qədər davam edəcək: "Ancaq bu, NATO və NATO üzvlərini münaqişənin bir hissəsi olması kimi qəbul edilə bilməz.  Bu, bizim qərarımız idi: münaqişənin tərəfinə çevrilmədən Ukraynanı dəstəkləmək”.

Baş katib qeyd edib ki, alyansın Ukrayna böhranında iki mühüm vəzifəsi var. Onlar Ukraynanı dəstəkləməkdən və bu münaqişənin ölkədən kənarda yayılmasına qarşı mübarizədən ibarətdir.