NATO Rusiya üçün hansı planı hazırlayır? - Gizli plan Vilnüsdə müzakirə olunacaq

"NATO Soyuq Müharibədən sonra ilk dəfə Rusiya ilə silahlı münaqişə zamanı Alyansının necə hərəkət etməli olduğunu müəyyən edən gizli plan hazırlayıb".

Bizimxeber.az bildirir ki, bu barədə Responsible Statecraft nəşri yazıb.

Nəşrin məlumatına görə, NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində alyansın bağlı qapılar arxasında hazırlanmış “minlərlə səhifəlik gizli hərbi planlar” müzakirə olunacaq.