NATO Rusiya təyyarələrini süni intellektlə izləyir

"NATO Rusiya təyyarələrini və yanacaqdoldurma stansiyalarını izləmək üçün süni intellektdən istifadə edir".

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bunu ABŞ-ın rəhbərlik etdiyi blokun yüksək cinli məmuru David van Weel deyib.

Kiyevlə əməkdaşlığı dərinləşdirəcəyini deyən, David van Weel  deyib ki, artıq ABŞ-la Ukrayna arasında "döyüş meydanında innovasiyalar” üzrə yeni saziş həll mərkələsindədir.

Müxtəlif süni intellekt həllərinin inteqrasiyasına bir nümunə olaraq, o, blokun Rusiya təyyarələrini və yanacaqdoldurma məntəqələrini izləmək və saymaq üçün peyk görüntülərini təhlil etmək üçün istifadə etdiyini deyib. Baş katibin köməkçisi bildirib ki, süni intellektdən bu cür istifadə NATO-nun etik Al-istifadə prinsiplərinə uyğundur.