NATO Albaniyada hava bazasını açdı.
Bizimxeber.az bildirir ki, bu barədə Şimali Atlantika Alyansı açıqlayıb.
Bu, Blokun Qərbi Balkanlarda ilk bazasıdır. Bazar sıfırdan yox, sovet aerodromunun bazasında tikilib. 2019-cu ildən etibarən Alyans mərkəzin tikintisinə 50 milyon avro sərmayə qoyub.
Açıqlamada deyilir ki, Kucova Hava Bazasının təmiri strateji investisiyadır və NATO-nun Alyans üçün strateji əhəmiyyət kəsb edən Qərbi Balkanlarda mövcudluğunu gücləndirməyə davam etdiyini göstərir.
Baza Albaniyanın paytaxtı Tirana şəhərindən 80 kilometr cənubda, Kucova şəhərində köhnə hərbi aerodromun yerində yerləşir.