NATO ölkəsi Ukraynaya döyüş təyyarələri göndərməyə razılaşdı

Slovakiya Sovet istehsalı olan 11 MiQ-29 qırıcısından 10-nu Ukraynaya təhvil verməyə hazırdır. Daha biri isə eksponat kimi Slovakiya Aviasiya Muzeyi Büçün saxlanılacaq.

izimxeber.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nağı bildirib .

"Biz bir daha heç vaxt MiQ-lardan istifadə etməyəcəyik. Onların bizim üçün heç bir real dəyəri yoxdur. Əgər onları Ukraynaya versək, onlar kiminsə həyatını xilas etməyə kömək edəcəklər".

Qeyd edək ki, Slovakiya Ukraynaya döyüş təyyarələri verəsə, o, Ukraynaya döyüş təyyarələri verən ilk NATO üzvü olacaq.