NATO-nun yeni baş katibi Rutte ola bilər

Finlandiya Prezidenti Aleksandr Stubb NATO-nun növbəti baş katibinin Niderlandın baş naziri Mark Rutte olacağına əminliyini ifadə edib.

Bizimxeber.az bildirir ki, o, bu barədə mətbuat konfransında deyib.

Stubbdan NATO-nun Hollandiyanın baş nazirini bu il səlahiyyət müddətini başa vuran Yens Stoltenberqin varisi kimi dəstəkləmək üzrə ümumi meyli barədə sual verilib.

O, bu təyinatın həm müttəfiqlər, həm də bütün Avropa üçün yaxşı addım olacağı qənaətində olduğunu bildirib: "Ruttenin güclü transatlantik əlaqələri var və o, 13 il Hollandiyanın baş naziri olub. O, böyük hörmətə malikdir", - Stubb qeyd edib.